13 C
Baku
Sunday, November 24, 2024

Braziliya İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırıb

Braziliya Prezidenti Luis İnasiu Lula da Silva ölkənin İsraildəki səfirinin məsləhətləşmələr üçün geri çağırılması barədə göstəriş verib.

Bu barədə “Folha de S.Paulo” qəzeti yazıb.

“Braziliyanın Təl-Əvivdəki səfiri Frederiko Mayer məsləhətləşmələr üçün geri çağırılıb”, – nəşr qeyd edib.

Xatırladaq ki, fevralın 18-də Braziliya Prezidenti İsrail ordusunun Qəzza zolağındakı hərəkətlərini Adolf Hitlerin yəhudilərə qarşı cinayətləri ilə müqayisə edib.

İsrailin Baş naziri Binyamin Netanyahu Braziliyanın dövlət başçısının bəyanatını “biabırçı və ciddi” hesab edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər