7 C
Baku
Saturday, December 7, 2024

Braziliya məhkəməsi “Telegram”ın bloklanması qərarını ləğv edib

Braziliyada məhkəməsi “Telegram”ın bloklanması ilə bağlı qərardan üç gün sonra onu ləğv edib, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.

Mesajda deyilir ki, messencerin istifadəsinə tam qadağa əsassızdır və minlərlə insanın ünsiyyət azadlığına mane olacaq. Bununla belə, şirkət neonasist məzmunlu kanalların administratorları və iştirakçıları haqqında istintaqa məlumat verməkdən imtina etdiyi üçün cərimə qüvvədə qalıb.

Aprelin 26-da Braziliyanın hüquq-mühafizə orqanları “Telegram”dan onlara təhsil müəssisələrinə hücumlarda iştirak etdiyi iddia edilən neonasist qrupların üzvləri və idarəçilərin məlumatlarını verməsini tələb ediblər. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, messencerin nümayəndələri onlara bu məlumatları təqdim etməyiblər.

Son xəbərlər
Digər xəbərlər