Braziliya prezidenti 6 naziri istefaya göndərib

Braziliya Prezidenti Jair Bolsonaru hökumətdə genişmiqyaslı dəyişikliklər edib.

“Dw” xəbər verir ki, prezident 6 naziri istefaya göndərib.

Onların arasında xarici işlər naziri Ernestu Arauju da var. O, ölkəyə COVID-19-a qarşı əlavə vaksinin tədarükünü təmin edə bilmədiyi üçün deputatlar tərəfindən kəskin tənqid olunmuşdu. Karlos Albertu Franku Braziliyanın yeni xarici işlər naziri təyin edilib.

Müdafiə naziri Fernandu Azevedu-i-Silva da istefaya göndərilib. Onu prezident administrasiyasının başçısı Uolter Braqa Nettu əvəzləyib.

Braziliyanın ədliyyə və ictimai təhlüksizlik naziri və baş prokuoru da istefaya göndərilib.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər