8 C
Baku
Wednesday, November 6, 2024

Braziliya prezidenti COVID-19 peyvəndindən imtina etdi

Braziliya prezidenti Jair Bolsonaru yeni koronavirus əleyhinə peyvənd olunmağa hazırlaşmır.

Bu barədə o, “Band” telekanalına müsahibəsində bildirib.

Prezident əmin edib ki, peyvənd olunmayacaq “və nöqtə”.

“Mənim həyatım təhlükədədir? Bu, mənim problemimdir”, – Bolsonaru bildirib.

Siyasətçi hesab edir ki, peyvəndlər məcburi ola bilməz və kim istəyirsə, o peyvənd edilməlidir.

Daha əvvəl 65 yaşlı Bolsonaru dəfələrlə COVID-19 pandemiyasının reallığını şübhə altına alıb və sosial məsafəni pozub. O, yayda koronavirusa yoluxub.

Son xəbərlər
Digər xəbərlər