Braziliya senatının xüsusi komissiyası prezident Jair Bolsonarunu pandemiya ilə səhv mübarizə siyasətinə görə kütləvi qətliamda ittiham edib.
Komissiya tərəfindən təqdim edilən sənəddə 70 fərqli məmura, o cümlədən prezidentin üç övladına qarşı cinayət işinin açılması tövsiyə olunur.
Komissiya hesab edir ki, Bolsonaru COVID-19 müalicəsində sınaqdan keçirilməmiş və effektsiz preparatları təbliğ edib, onun administrasiyası isə vaksinin paylanılmasını aylarla gecikdirib.