20 C
Baku
Wednesday, October 9, 2024

Braziliya qubernatoru da koronavirusa yoluxub

Braziliyanın şimalında yerləşən Para ştatının qubernatoru Elder Barbalo COVID-19-a yoluxub. Onun üçüncü dəfə verdiyi koronavirus testi müsbət çıxıb.

“RİA Novosti” agentliyi xəbər verir ki, qubernator bu barədə öz “Twitter” hesabında yazıb.

E.Barbalo bildirib ki, hazırda özünü yaxşı hiss edir, xəstəlik simptomlar olmadan davam edir.

Qeyd edək ki, ötən gün Rio-de-Janeyro şəhərinin qubernatoru Uilson Uitsel də koronavirusa yoluxduğunu, səlahiyyətlərinin icrasını evindən davam etdirdiyini söyləyib.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər