Braziliya prezidenti Jair Bolsonaro ölkəsinin Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını bildirib.
“Biz bu iqtisadi sanksiyaları dəstəkləməyəcəyik, tarazlığı qoruyacağıq. Əgər biz bunu balanslaşdırmasaydıq, sizcə, Braziliyanın ehtiyac duyduğu gübrəni necə əldə edə bilərdik?”, – Bolsonaro əlavə edib.
Onun sözlərinə görə, Braziliya hakimiyyəti indi bəzi ölkələrlə dizel yanacağının endirimlə alınması ilə bağlı danışıqlar aparır. Lakin o, ölkələrin adını açıqlamayıb.