Amerikanın təyyarə istehsalçısı Braziliya nəhənginin kommersiya bölməsinin 80%-ni satın almaq istəyir.
Banker.az xəbər verir ki, Braziliya tənzimləyicisi Boeing-Embraer arasındakı müqaviləni təsdiqləyib. İki təyyarə istehsalçıları arasında strateji tərəfdaşlıq, iki müştərək müəssisənin yaradılmasını nəzərdə tutur.
Müqavilə Boeing-in tərəfdaşının kommersiya və xidmət bölməsinin 80%-ni 4,2 milyard dollara almasını nəzərdə tutur. Yalnız mülki təyyarələrin inşası ilə məşğul olacaq yeni müəssisənin dəyəri 5,26 milyard dollardır. Bundan əlavə, şirkətlər yeni bazarlarda Embraer KS-390 təyyarələrini tanıtmaq və satışa çıxarmaq üçün ortaq müəssisə yaradacaqlar. Onların payları demək olar ki, yarı bölünüb: 51% (Embraer) və 49% (Boeing).
Braziliyanın İqtisadi Mühafizə üzrə İdarə Heyəti, iki nəhəngin əməkdaşlığının bazar rəqabətinə mənfi təsir göstərməyəcəyini bildirir. Bununla yanaşı, müqavilənin perspektivlərini qiymətləndirməli olan Avropa tənzimləyicisi fərqli düşünə bilər. Bu haqda aprelin 30-dək açıqlama veriləcək.