Braziliya və İsrail Azərbaycandan azot gübrələri almağa başlayıblar.
Banker.az xəbər verir ki, 2024-cü ilin avqustundan başlayaraq Braziliya Azərbaycandan 6 345 tona yaxın, İsrail isə 3 497 ton üzərində azot gübrəsi alıblar.
Bu da müvafiq olaraq $5,688 mln. dollar və $0.769 mln. dollarlıq ixrac dəyəridir. Hər iki ölkə bu məhsulu son illərdə ilk dəfədir Azərbaycandan idxal edirlər.
Azərbaycanda karbamidi 2019-cu ildən başlayaraq SOCAR-ın Sumqayıtdakı Karbamid Zavodu istehsal etməyə başlayıb. Cari ilin ilk üç rübü ərzində (doqquz ayda) 472.8 min tonluq azot gübrəsi istehsalı həyata keçirilməklə illik 61 faiz artıb.
Cari ilin ilk səkkiz ayında Azərbaycan ümumilikdə 361.64 min ton azot gübrəsi ixrac edib və bunun da 196.63 min tonu Ukraynaya satılıb.
Azərbaycan ümumilikdə gübrə ixracından $78.654 mln. valyuta əldə edib. Keçən ilin eyni dövründə Azərbaycan xaricə 161.94 min tonluq gübrəni $41.848 mln. dollara ixrac etmişdi.
Azərbaycanın xaricə ixrac etdiyi azot gübrəsi, 2024-cü ilin yanvar-avqust ayları |
||
Miqdar, ton | Dəyər, min $ | |
CƏMİ | 361,643.05 | 78,653.47 |
Ukrayna | 196,626.55 | 40,413.21 |
Türkiyə | 86,174.15 | 17,396.50 |
Rumıniya | 57,448.75 | 11,641.86 |
Braziliya | 6,344.90 | 5,688.09 |
ABŞ | 4,240.30 | 1,245.19 |
İsrail | 3,497.30 | 769.41 |
Argentina | 2,967.05 | 682.42 |
Albaniya | 2,998.85 | 479.82 |
Gürcüstan | 1,345.20 | 336.98 |