14 C
Baku
Friday, November 22, 2024

Braziliya XİN: BRICS vahid valyutanın yaradılmasını müzakirə etmir

Braziliya Xarici İşlər Nazirliyinin Asiya-Sakit Okean regionu üzrə katibi Eduardo Paes Saboya bildirib ki, BRICS ölkələri ödəniş platformaları və milli valyutaların istifadəsi ilə bağlı danışıqlar aparır. Onun sözlərinə görə, bu çərçivədə vahid valyutanın yaradılması müzakirə olunmur, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Sentyabrın sonunda Rusiya prezidenti Vladimir Putin BRICS-in müstəqil ödəniş və hesablaşma sxemi yaradacağını açıqlayıb. Onun sözlərinə görə, Rusiya BRICS-ə üzv ölkələrlə rəqəmsal valyutaların investisiya məqsədləri üçün istifadəsi ilə bağlı danışıqlar aparır.

Bu gün, oktyabrın 22-də Kazanda BRICS ölkələrinin ikigünlük sammiti açılacaq. Qeyd edək ki, 33 dövlət tədbirdə iştirak edəcək. “The Economist” yazır ki, cənab Putin sammitdə “dolları məğlub etmək planını” təqdim edəcək.

Son xəbərlər
Digər xəbərlər