10 C
Baku
Thursday, December 12, 2024

Braziliyada “Boeing 737-8 MAX” təyyarəsinin istifadəsi bərpa edilir

Braziliya Milli Mülki Aviasiya Agentliyi (ANAC) iki qəzadan sonra istifadəsi təxminən il yarım əvvəl dayandırılan “Boeing 737-8 MAX” modelinin uçuşlarını bərpa etməyə icazə verdi.

TASS xəbər verir ki, bu barədə aviatənzimləyicisinin məlumatında ​​deyilir.

“”Agentlik ABŞ-ın Federal aviasiya idarəsinin təhlükəsizlik məsələsini həll etmək üçün lazım olan bütün texniki və tənzimləyici elementlərin tətbiq olunduğu qiymətləndirilməsi ilə razılaşdı və 20 Noyabrda verilən uçuşa uyğunluq direktivini qəbul etdi” – məlumatda deyilir.

Bildirilir ki, hazırda ölkənin yalnız “Gol” aviadaşıyıcısı bu təyyarələrdən istifadə edir.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər