6 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

Braziliyada dünyanın ən zəngin bankiri vəfat edib

“Banco Safra”nın qurucusu və sahibi Joseph Safra 82 yaşında Braziliyanın San-Paulu şəhərində vəfat edib.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Qeyd edək ki, Safra Braziliyanın ən zəngin milyarderi və dünyanın ən zəngin bankiri olub. “Forbes Real-Time” reytinqinin qiymətləndirmələrinə görə, onun sərvəti 23,2 milyard dollar təşkil edib.

Bankirin “təbii səbəblərdən” vəfat etdiyi qeyd olunur.

O, 1938-ci ildə Livanda dünyaya gəlib və hələ Osmanlı İmperiyası olduğu dövrdən bəri bank işi ilə məşğul olub. 1952-ci ildə Safranın ailəsi Braziliyaya köçür və həmin ildə “Banco Safra” bankının əsası qoyulur. 1999-cu ildə böyük qardaşın vəfat etməsindən sonra  banka Joseph rəhbərlik etməyə başlayır.

Bundan əlavə, Safra Braziliyada “J.Safra Group”a, İsveçrədə “Safra Sarasin” bankına, Nyu-Yorkda isə “Safra National Bank”a rəhbərlik edib.

Son xəbərlər
Oxşar xəbərlər