10 C
Baku
Friday, December 27, 2024

Braziliyada G20 sammiti başlayıb

Rio-de-Janeyroda G20 ölkələrinin ikigünlük sammiti işə başlayıb. Görüşə Anqola, Boliviya, Qətər, Kolumbiya, Misir, Malayziya, Nigeriya, Sinqapur və Vyetnam da daxil olmaqla, bütün G20 ölkələrinin liderləri dəvət olunub. Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edir.

Braziliya davamlı inkişafı, BMT, Beynəlxalq Valyuta Fondu və Ümumdünya Ticarət Təşkilatı da daxil olmaqla qlobal idarəetmə və təsisatların islahatı, sosial inteqrasiya və aclıqla mübarizəni sədrliyinin əsas mövzuları kimi seçib.

Noyabrın 18-də Braziliyanın təşəbbüsü ilə ölkələri, beynəlxalq təşkilatları və özəl sektoru qidanın mövcudluğunu təmin etmək üçün hərəkətə keçməyə səfərbər etmək məqsədi daşıyan aclıq və yoxsulluqla mübarizə alyansının yaradılması müzakirəyə çıxarılacaq.

Braziliya həmçinin bəyannaməyə Ukrayna və Yaxın Şərq də daxil olmaqla, münaqişələrin sülh yolu ilə həlli çağırışını daxil etmək istəyir.

Son xəbərlər
Digər xəbərlər