16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Braziliyada Milli nüvə təhlükəsizliyi agentliyi qurulub

Screen Shot 2021 09 02 at 14.34.20

Braziliyada hökuməti Milli nüvə təhlükəsizliyi agentliyini (ANSN) təsis edilib.

TASS xəbər verir ki, sənədin mətninə uyğun olaraq Nüvə enerjisi üzrə milli komissiyanın səlahiyyətlərinin bir hissəsini öz üzərinə götürəcək yeni qurum “nüvə təhlükəsizliyinin monitorinqi, tənzimlənməsi və yoxlanılması, radioloji qorunma və nüvə obyektlərinin qorunması məsələləri ilə məşğul olacaq”.

Agentliyin iqtisadi, ticarət, sənaye fəaliyyətlərini tənzimləyici funksiyaları və araşdırma ilə məşğul olmayacağı qeyd olunur. Eyni zamanda ANSN, nüvə təhlükəsizliyi sahəsində normaları müəyyənləşdirəcək, filiz, konsentrat və uran tullantıları ilə əməliyyatlar üçün lisenziyalar və icazələr verəcək.

ANSN-in mənzil-qərargahı 922 nəfərlik heyətlə Rio-de-Janeyroda yerləşəcək.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Trend
Son xəbərlər
360 380
Oxşar xəbərlər