10 C
Baku
Wednesday, November 13, 2024

Braziliyada yoxsulluq səviyyəsi rekord həddə çatıb

Azaldılmış təcili yardımlar, inflyasiyanın artması və COVID-19 pandemiyasından sonra əmək bazarının qeyri-kafi bərpası səbəbindən 2021-ci ildə Braziliyanın 22 iri şəhərində yoxsulların sayı 19.8 milyona çatıb.

Braziliya Coğrafiya və Statistika İnstitutunun məlumatına görə, bununla da yoxsulların sayı meqapolislərin əhalisinin 23.7 faizinə çatıb ki, bu da tarixi rəqəmdir. Koronavirus pandemiyası həssas ailələrin vəziyyətini daha da ağırlaşdırıb.

2021-ci ildə yoxsulluğun ən yüksək olduğu paytaxt bölgələri Manaus (41.8 faiz) və Grand Sao Luis (40.1 faiz) olub. Bu regionlarda adambaşına düşən gəlir ayda 30 dollardan bir qədər çoxdur.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər