15 C
Baku
Friday, April 26, 2024

Braziliyalı nazir Makronun xanımını “eybəcər” adlandırdı

Fransanın birinci xanımı Bricit Makronun ünvanına daha bir təhqir səsləndirilib.

Braziliyanın İqtisadiyyat naziri Paulu Qedes mətbuat konfransında onun “eybəcər” olduğunu deyib.

P.Qedes Fransa Prezidenti Emmanuel Makronun xanımını təhqir edən Braziliya liderini dəstəkləyib.

“Bu, həqiqətdir – bu qadın həqiqətən də eybəcərdir”, – deyən P.Qedes onu da əlavə edib ki, çirkin qadın yoxdur, yanlış baxış bucağından baxdığımız qadınlar var.

Onun bu sözü auditoriyada gülüş yaradıb.

Qeyd edək ki, bir müddət öncə “Facebook”da Braziliya Prezidenti Jair Bolsonaru və Fransa Prezidenti Emmanuel Makronun xanımları ilə bir yerdə çəkdirdikləri şəkillərin fotokollajı paylaşılmışdı. Şəkil “İndi başa düşürsünüz, niyə Makron Bolsonarunu təqib edir? Bu, qısqanclıqdır” sözləri ilə müşayiət olunur.

J.Bolsonaru fotonu yarızarafat şərh edərək yazmışdı: “Bu adamı alçaltma”.

 

©Oxu.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər