Braziliyanın eks-prezidenti korrupsiyaya görə həbs edildi

Braziliyanın Ali Məhkəməsi ölkənin keçmiş prezidenti Fernando Kollor de Mellanı korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə 8 il 10 ay həbs cəzasına məhkum edib.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Braziliya prokurorları daha əvvəl 73 yaşlı Kolloru dövlət neft şirkəti “Petrobras”ın törəmə müəssisəsindən təxminən 6 milyon dollar rüşvət almaqda ittiham etmişdilər.

Qeyd edək ki, Kollor 1989-cu ildə Braziliyanın demokratik yolla seçilmiş ilk prezidenti olub. Lakin o, Konqresin aşağı palatası tərəfindən impiçment elan edildikdən üç il sonra istefa verib.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər