18 C
Baku
Saturday, September 13, 2025

Braziliyanın sabiq prezidenti Jair Bolsonaru 27 il müddətinə həbs cəzasına məhkum edilib

Braziliya Federal Ali Məhkəməsi ölkənin sabiq prezidenti Jair Bolsonarunu 27 il 3 ay müddətinə həbs cəzasına məhkum edib. O, ölkənin hazırkı lideri Luis İnasiu Lula da Silvanın hakimiyyətə gəlməsinin qarşısını almaq məqsədilə dövlət çevrilişi cəhdində ittiham olunur.

“O Globo” qəzetinin yazdığına görə, Bolsonaru “dövlət çevrilişi cəhdi, cinayətkar təşkilat yaratmaq və qanunun aliliyini zorla sarsıtmaq” maddələri üzrə təqsirli bilinib. Ona həmçinin dövlət və mədəni irs obyektlərinə ziyan vurmaqda ittiham irəli sürülüb.

Prokurorluğun versiyasına görə, Bolsonaru seçkilərdə uduzduğu siyasi rəqibi cənab Lula da Silvanın prezident postuna keçməsinin qarşısını almağa çalışıb.

Son xəbərlər
Digər xəbərlər