Keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarılacaq.
Qeyd edildiyi kimi, onun sürücülük vəsiqəsi (ААК № 000077) 36-40 000 AZN arasında qiymətləndirilib.
Xatırladaq ki, Leonid Brejnev sürücülük vəsiqəsini 1976-cı ilin 10 dekabr tarixində, 70 illik yubileyinə 9 gün qalmış almışdır. Hərrac evinin verdiyi məlumata görə, bu vəsiqə Daxili İşlər Nazirliyinin rəhbəri Nikolay Şelokovun hədiyyəsidir.