Brend Aktivasiyası və Alıcıyönümlü Marketinq üzrə Mütəxəssis
Vakansiya haqqında
Şirkət : Bakcell
İdarə : Marketinq
Şöbə : Marketinq Kommunikasiyaları
İş qrafiki : Standart
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 21.05.2018
Sizin əsas vəzifə və öhdəlikləriniz
*Ticari marketinq komandası ilə yaxından işləyərək Bakcell mağazalarında Brendin tanınmasının artırılmasına dəstək göstərilməsi
*Marketinq materiallarının hazırlanması və təhvil verilməsinə nəzarət
*Satış komandasının marketinq vasitələri ilə təmin edilməsi
*Agentliklərlə əməkdaşlıq edilməsi
*İdman və sponsorluq tədbirlərinin idarə edilməsi
*Brendin tanınmasını təşviq edən diler və BTL tədbirlərinin təşkili
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
*Marketinq və ya Biznesin İdarəedilməsi üzrə Ali təhsil
*Ticari Marketinq və ya Brend Aktivasiyası üzrə 2-3 il iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər
*Analitik düşüncə
*Təzyiq altında işləmə və eyni zamanda bir neçə layihəni idarə etmək qabiliyyəti
*Ünsiyyət bacarığı
*Təşəbbüskarlıq
*MS Office proqramlarını mükəmməl bilmək
*Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi üstünlük sayılır)
*Regionlara səfər etmə imkanı
Müraciət etmək üçün
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda ‘‘Brend Aktivasiyası və Alıcıyönümlü Marketinq üzrə Mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.