10 C
Baku
Tuesday, November 26, 2024

Brend Aktivasiyası və Ticari Marketinq  üzrə Mütəxəss – Bakcell

Brend Aktivasiyası və Ticari Marketinq  üzrə Mütəxəssis

Vakansiya haqqında

Şirkət : Bakcell
İdarə : Marketinq
Şöbə : Marketinq Kommunikasiyaları
İş qrafiki : Standart
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 27.03.2018

Sizin əsas vəzifə və öhdəlikləriniz

*Ticari Marketinq planının həyata keçirilməsi
*Bakcell mağazalarında Brendin tanınmasının artırılması
*Marketinq materiallarının hazırlanması və təhvil verilməsinə nəzarət
*Satış komandasının marketinq vasitələri ilə təmin edilməsi
*Agentliklərlə əməkdaşlıq edilməsi
*Brendin tanınmasını təşviq edən diler və BTL tədbirlərinin təşkili

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

*Marketinq və ya Biznesin İdarəedilməsi üzrə Ali təhsil
*Ticari Marketinq və Brend Aktivasiyası üzrə 2-3 il iş təcrübəsi

Sizdən tələb olunan bacarıq və səriştəliklər

*Analitik düşüncə
*Təzyiq altında işləmə və eyni zamanda bir neçə layihəni idarə etmək qabiliyyəti
*Ünsiyyət bacarığı
*Təşəbbüskarlıq
*MS Office  proqramlarını mükəmməl  bilmək
*Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi üstünlük sayılır)
*Regionlara səfər etmə imkanı

Müraciət etmək üçün

CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda ‘’Brend Aktivasiyası və Ticari Marketinq  üzrə Mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər