Brend necə yaradılır? [bloq]

Bernd mənayla yüklənmiş assosiasiyalar yaradan istənilən etiketdir. Yaxşı brend nəsə böyük bir yük daşıyır – məhsul və ya xidmətə xüsusi çalar qatır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Rassel Henlinin (tanınmış “Sunkist Growers” şirkətinin rəhbəri) qeyd etdiyi kimi: “Portağal sadəcə portağaldır, sadəcə portağal. Biri də var o, brend daşıyıcısı, istehlakçıların 80%-nin etibar elədiyi “Sunkist” şirkətinə məxsus ola”.

“Bizim bütün zavodlarımız və fabriklərimiz sabah yanıb kül ola bilər. Lakin, bu hadisə şirkətimizin dəyərinə əhəmiyyətli təsir göstərməyəcək; bu dəyər markamızın etibarı və bizim kollektiv biliklərimiz müəyyənləşir” (Roberto Gisueta “Coca-Cola”nin mərhum rəhbəri).

Brendin yaradılması gərgin əmək tələb edir “Sövdələşməni istənilən kütbeyin həyata keçirə bilər, brend qurmaq isə istedad, inam və inadkarlıq lazımdır” (Devid Oglivi).

Brendin genış arealda məşhurluğu əlavə gəlir gətirir. Marka insanların öz vaxtlarına qənaət etmələrinə yardımçı olur, vaxtsa hər kəsin bildiyi puldur. Brend əhəmiyyəti seçim genişliyindən aslı olaraq yüksələn etibar anbarıdır. İnsanlar öz həyatlarını sadələşdirmək istəyirlər. Brend öncədən onula şərt kəsən istehlakçıyla müqavilə gücünə malikdir. Bu cür müqavilə dürüst olmalıdır. Bəs brend necə yaradılır?

Reklam yalnız brendə cəlb edir, ona maraq oyadır. Brendin qurulmasısa kompleks prosesdir. Reklam, ictimayyətlə əlaqələr.xeyriyyə,kütləvi çıxışlar marketinq tedbirləri və s. Ən önəmlisi KİV.in diqqətini özünə çəkməkdir.

Uğurlu ad seçımı çox önəmlidir və böyük fayda gətirir. Yaxşı brend uzun müddət ərzində yüksək gəlir təmin edəbilər.Uğurlu brendlər emosiyalara daha güclü təsir edir.buna onların sosial məsuliyyəti də əlavə olunur gələcəkdə.Şirkət öz brendinə hansı mənanı qoyduğunu anlamalıdır. Məsələn əgər şirkət innovasiyalı olduğunu bəyan edirsə, onda ətrafına cəsarətli və ixtiraçı insanarı toplamalıdır.Brendin uğuru şirkəti elə həmin brendin adı altında hansısa digər məhsul buraxmağa həvəsləndiri. Bu zaman brend mənasını itirməməlidir.

Müəllif: Aliyə Nuruyeva