Dünya bazarlarında neftin qiyməti dəyişib.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 10:20 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0.55$ yəni, 0,97 % ucuzlaşaraq 56.01$-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.62$, yəni, 0.94% ucuzlaşaraq 65.24$-a təklif olunub.