9 C
Baku
Thursday, December 12, 2024

Brendlərin yaranması və inkişafı

Bu gün bizi bir sıra brendlər əhatə edir. Onlar dünyaca tanınmış və ya öz regionunda məşhur brendlər, həmçinin sanballı və öz inkişaflarını təzəcə başlamış müəssisələr ola bilərlər. Brend –sadəcə kompaniya və ya konsern demək deyil, o sadəcə hamının hər yerdə və hər zaman tanıya biləcəyi loqotip deyil. Brend –daha çox şey deməkdir. Bu, tarix, çətinliklər, maneələr, yeni həll yollarının axtarışı, təsadüfi kəşflərdir. Bu gün brend sözü konkret kompaniyanı deyil, onun məhsulunun nüfuzunu və keyfiyyətini təcəssüm etdirir.  Istər bu içki olsun, istər cins, avtomobil, dodaq pomadası – “brend” məhsulları həmişə digər adi məhsullardan bir neçə pillə yüksəkdə dayanır, hətta onların keyfiyyəti bərabər səviyyəli olsa belə.

Brend –alıcının xəyali olaraq, bu və ya digər kompaniyanın məhsulunun üzərinə yapışdırdığı etiketdir, bu bütün məhsulların fərqləndirici nişanıdır, bu istehsalçıların məhsula əlavə etdiyi dəyər və bu məhsulun sizin üçün kəsb etdiyi mənadır.

Brendlər necə yaradılır? Hər bir ticarət markasının yaranış tarixi fərqlidir, lakin ortaq olan bir cəhət vardır, həmişə hər şey ideyadan başlayır. Məsələ ideyanın kimin ağlına, nə vaxt və nəyə görə gəlməsi və onun gerçəkləşdirilməsinin nədən başlamasındadır. Hamıya məlumdur ki, məşhur Coca-Cola  təsadüfən dərman şərbətinin adi qazlı suya qarışması nəticəsində yaranıb. Amma heç də hamı bilmir ki, Nokia kompaniyasının tarixi cənub-qərbi Finlandiyada kağız-sellüloz fabrikinin əsasının qoyulması ilə başlanıb. Çoxları Microsoft brendinin nəyə görə məhz belə adlanmasının səbəbini bilmir və bu sözün hansı məna kəsb etməsi üzərində baş sındırırlar. Eləcə də məşhur Google axtarış saytının adının haradan gəldiyi insanların maraq mərkəzində dayanan məsələdir.  Eləcə də, adi dişlənmiş almanın tanınmış kompüter nəhənginin loqotipinə çevrilməsi böyük maraq doğurur.

Loqotiplər haqqında danışarkən, qeyd etməyə dəyər ki, hər bir kompaniyanın loqotipinin yaranması və daha sonra şəklini dəyişmə tarixi onun haqqında ayrıca bir söhbət etməyə layiqdir. Bəzən loqotipin tarixi kompaniyanın özünün yaranma tarixindən daha maraqlıdır. Məsələn, Canon kompaniyanın loqotipi əvvəllər, yəni ilk başlanğıcda qədimi kitabdan çıxarılmış rəsmə bənzəyirdi –çox əlli tanrı müxtəlif yanar alovların əhatəsində. Bu gün isə o bütün dünyada tanına qısa-lakonik yazıdır.

Amma brendə çevrilmək ani və göz qırpımında baş vermir –yəni brend dərhal brend olmur. Beynəlxalq aləmdə özünü təsdiq edənə və uğura nail olana qədər (məhz belə bir kompaniyanın özünü brend adlandırmağa haqqı çatır), balaca firma çoxsaylı sınaq və imtahanlardan keçir. Bu gün populyar olan brendin tarixçəsi çoxsaylı eniş və yüksəliş, uğursuzluq və uğur, qeyri-adi təcrübə və gözlənilməz nailiyyət, bəzən də faciəvi səhvlər ilə zəngindir.

Brendlərin yaranma tarixləri ibrətamizdir, söhbət təkcə öz  şəxsi biznesini yaratmaq qərarına gəlmiş insanlardan getmir. Populyar ticarət markasının inkişaf tarixini bilmək reklam, brendlərin “təbliğatı” ilə azacıq bağlılığı olan hər bir kəs üçün olduqca vacibdir. Ümumiyyətlə götürdükdə isə adi bir alıcı üçün də onun sevimli cinslərinin və ya avtomobilinin necə yaranması, kompaniyanın adının necə formalaşması və bütün keçən müddət ərzində loqotipin necə dəyişikliyə uğraması kifayət qədər maraqlı olacaqdır.

Biz saytımızda müxtəlif kompaniyaların yaranma tarixlərini, brendlər və loqtiplərin dəyişməsini, uğurlu iş adamlarının keçdiyi həyat yolunu əks etdirən məqalələrlə məhz həmin oxuculara müraciət edirik.

Samsung-un tarixi

MasterCard brendinin tarixi

Dolce&Gabbana brendinin tarixi

Chanel-in tarixi

Hilton otel şəbəkəsinin yaranması

Dünya brendləri tarixi: Gucci

Ən gəlirli biznes ideyalar

McDonald’s daşınmaz əmlakdır, fastfud deyil

Neft və ya Con Rokfellerin tarixi

Rotşildlər ailəsini sirri və ya kapital necə yarandı

Silvio Berluskoni. Milanlı kavalerin həyat əhvalatı

Maykl Blumberq: mer və milyarderin tarixi

Rupert Merdok–dünyanın ən məşhur media-maqnatının tarixi

Ceff Bezos və Amazon

Procter&Gamble və Levi’s

Dünyanı fəth edən marketinq gedişləri

Adaptasiya olunma qabiliyyətinə görə beş ən qabaqcıl kompaniya

Bütün dövrlərin ən məşhur avtomobil emblemləri

Əfsanəvi loqotiplər haqqında 9 əhvalat

Aristid Busiko – böyük mağazaların yaradıcısı (1810-1877)

Son xəbərlər
Digər xəbərlər