Dünya birjalarında Brent markalı neftin qiyməti 43 dollar/barel səviyyəsindən üstə olmaqdadır.
Banker.az xəbər verir ki, Londonun ICE qitələrarası fond birjasında Brent markalı neft sentyabr fyuçerslərində 0.26% bahalaşmaqla 43.01dollara ticarət olunur.
Amerika nefti WTI, Nyu-York birjasında avqust fyuçersləri üzrə 0.27% bahalaşmaqla 40.40 dollara ticarət olunur.