13 C
Baku
Saturday, November 23, 2024

Brent 76 dollar/barelə qədər ucuzlaşdı – Bazarı “narahat” edən nələrdir?

İnvestorlar oktyabr ayından etibarən OPEC+ neft istehsalının artmasını və eyni zamanda Çində və ABŞ-da tələbin zəif olduğu bir vaxtda Liviyada kəskin azalan hasilatı nəzərdən keçirərkən neft qiymətləri növbəti dəfə ucuzlaşıb. Brent artıq bir barel üçün $76-nın üzərindədir.

Banker.az xəbər verir ki, Brent xam neftinin qiyməti 57 sent, yəni 0.7%, azalaraq 76.36 dollar/barel, ABŞ-ın WTI xam nefti isə 50 sent, yəni 0.7%, azalaraq 73.05 dollar/barelə düşüb.

Keçən həftə Brent qiymətləri 0.3%, WTI isə 1.7% dəyər itirmişdi.

Neft İxrac Edən Ölkələr Təşkilatı və müttəfiqləri (OPEC+) qrupuna aid altı mənbə “Reuters”ə bildirib ki, OPEC+ istehsalçı qrupu oktyabr ayından etibarən planlaşdırılan neft hasilatını artırmağa davam edəcək.

OPEC+ üzvlərindən səkkizi, istehsalın son azaldılmasından olan gündəlik 2.2 milyon barel istehsalın 180 000 barel artırılmasını oktyabr ayında həyata keçirəcək.

OPEC-in oktyabr ayından etibarən istehsalı artıracağına dair narahatlıqlar var. Lakin o, bunun qiymətə bağlı olduğunu və WTI qiymətinin 70 dollara yaxınlaşması halında bunun baş verəcəyini qeyd edib.

Liviyada Ərəb Körfəzi Neft Şirkəti yerli tələbatı qarşılamaq üçün istehsalı gündəlik 120 000 barelədək bərpa edib, lakin ixrac hələ də dayandırılıb.

Brent və WTI ardıcıl olaraq iki ay azalma yaşayıb. Buna səbəb Çində və ABŞ-da iqtisadi narahatlıqlar Liviyadakı təchizat kəsintilərindən və Yaxın Şərqdə artan geosiyasi gərginlikdən daha üstün olmasıdır.

Çində istehsal fəaliyyəti avqust ayında altı aylıq minimuma enib və fabriklərdə sifarişlərin azalması ilə nəticələnib. Bu vəziyyət, rəsmi sorğunun göstərdiyi kimi, siyasətçilərə daha çox stimullaşdırma tədbirləri tətbiq etmək üçün təzyiq yaradır.

Həftə sonu gözləniləndən zəif Çin biznesin aktivliyi məlumatları, ölkə iqtisadiyyatının artım hədəflərini yerinə yetirə bilməyəcəyinə dair narahatlıqları artırır.

ABŞ-DA SON 4 İLİN MİNİMUMU!

ABŞ-da isə neft istehlakı iyun ayında, 2020-ci il pandemiyasından bəri ən aşağı mövsümi səviyyələrə enib.

ANZ analitikləri bir qeydində bildiriblər ki, 2025-ci ildə Çin və ABŞ-da iqtisadi çətinliklər səbəbindən artımın azalacağını görünür.

“Biz inanırıq ki, əgər OPEC daha yüksək qiymətlər istəyirsə, könüllü istehsal azaldılmalarının mərhələli şəkildə ləğvini gecikdirməkdən başqa seçimi olmayacaq”- deyə analitiklər bildiriblər.

“Baker Hughes”un həftəlik hesabatında qeyd olunduğuna görə, keçən həftə ABŞ-də fəaliyyət göstərən neft qurğularının sayı 483-də sabit qalıb.

Son xəbərlər
Digər xəbərlər