Rusiyanın tədarükünə yönəlik məhdudiyyətlər və ən iri idxalçılardan biri Çindəki tələbin yüksəlməsi fonunda neft qiymətləri yuxarı doğru artmaqdadır.
Banker.az xəbər verir ki, London birjasında Brent markalı neftin may fyuçersləri 0.32% artaraq 86.46 dollar/barrelə ABŞ-ın WTI nefti isə 0.29% artımla 80.69 dollar olub. Hər iki bençmark artıq ikinci gündür ki artım yoldundadır.
Brent markalı neft artıq 6 sessiyadır ki, bahalaşır.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.96 ABŞ dolları və ya 1.1% artaraq 88.04 dollar təşkil edib.