26 C
Baku
Saturday, July 27, 2024

Brent-in bir bareli 79 dollardan aşağı düşüb

OPEC+ alyansının neft hasilatını azaltmaq qərarına baxmayaraq, neft qiymətləri enməkdə davam edir. Londonun ICE birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 0.82% ucuzlaşaraq 78.26 dollar/barelə bərabər olub. WTI markalı neftin yanvar fyuçersləri 0.82% ucuzlaşaraq 73.4 dollar/barelə düşüb.

Noyabrın 30-da keçirilən OPEC+ görüşündən sonra bir sıra hasilatçı ölkələr tələbatın mövsümi azalması səbəbindən neft qiymətlərində mümkün azalmaların qarşısını almaq üçün 2024-cü ilin birinci rübündə hasilatı daha da azaltmaq barədə razılığa gəliblər. Altı ölkə hasilatı sutkada təxminən 700 min barel (b/d), Rusiya isə 200 min barel azaldacaq.

Son xəbərlər
Digər xəbərlər