Neft bazarında ötən hərracdakı azalmadan sonra, qiymətlərin kəskin artması müşahidə olunur. Brent fyuçersləri 8% artıb, WTI nefti isə 8,6% bahalaşıb.
Dekabrın 25-də Banker.az-ın verdiyi məlumata əsasən, Brent neftinin qiymələri 6,2% aşağı düşərək $50,49, WTI kotirovkaları isə 6,7% aşağı düşərək qiyməti bir barelə $42,53 təşkil edib. 2018-ci ilin 25 dekabr tarixində Londonda və ABŞ-da keçirilmiş hərracların (İCE və NYMEX birjalarında) yekunlarşdırılması aparılmayıb, bunun səbəbi isə katolik Milad bayramının keçirilməsi olmuşdur.
26 dekabr tarixində Qitələrarası birjada keçirilmiş hərracların nəticəsində, fyuçerslərin və Brent markalı neftin qiymətləri 8,5% artaraq bir barelə $54,76 çatmışdır.
WTI neftinin fyuçersləri 26 dekabr hərracları nəticəsində 8,6% artaraq bir barelə $46,22 qiymətinə çatmışdır.
Son dövrlərdə neft qiymətlərinin kəskin azalması, maliyyə bazarlarında neqativ ab-havanın olması ilə əlaqələndirilir.