14 C
Baku
Sunday, November 24, 2024

Brent markalı neft $50-yə kimi ucuzlaşa bilər

Son 20 ildə Qızılın faiz nisbəti ilə neftə qarşı bahalaşma trendi başlarsa bu zaman neftdə ciddi ucuzlaşma baş verir.

Banker.az-a bu barədə birjalar üzrə ekspert Nizami Qorçubəy bildirir.

2008 ci ilin iyul ayında qızılın neftə qarşı bahalaşması başlar-başlamaz neft 148$-dan 37$-a kimi ucuzlaşmışdı.

2014 cü ilin iyun ayında qızıl yenə neftə qarşı bahalaşma trendində başlamışdır və bu də uzun aylar ərzində nefti 115$-dan 26$-a kimi ucuzlaşdırmışdır. Buna oxşar hadisələr 2018-ci ilin oktyabr və 2020-ci ilin yanvar aylarında da baş vermişdir.

Hal-hazırda yenə də bu kimi hal baş verir. Qızıl neftə qarşı bahalaşma trendinə daxil olub və neftin yenidən 50$ həddinə kimi ucuzlaşması baş verə bilər.

Xatırlatma: Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsində neftin bir barreli 55 ABŞ dolları qiyməti ilə götürülüb.

ququu

Son xəbərlər
Digər xəbərlər