ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcəsini artırmaması fonunda “Brent” markalı neftin bir barrelinin qiyməti 48 dollara yaxınlaşır. Londonun İCE birjasında “Brent” nefti son 5 ay yarımın ən baha qiymətinə – 47,50 dollara alıcı axtarır.
“Layt” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 45 dollardan baha satılır.
Analitiklər həm FES-in, həm də Yaponiya Mərkəzi Bankının (BOJ) faiz dərəcəsində və pul siyasətində dəyişiklik etməməsindən sonra neftin qiymətinin bahalaşmaqda davam edəcəyi qənaətindədirlər
AzerTag