“Brent” markalı neftin qiyməti 2019-cu ilin payızından bəri ilk dəfə 60 dollardan aşağı düşdü

“Brent” markalı neftin qiyməti ötən ilin payızından bəri ilk dəfə 60 dollardan aşağı düşüb.

Banker.az Londonun ICE birjasına istinadən verdiyi məlumat verir ki, “Brent” neftinin qiyməti bir barel üçün 59,31 dollar təşkil edir.

Sonuncu dəfə 60 dollardan aşağı olan qiymət 2019-cu ilin noyabrın 1-də qeydə alınmışdır (59,76 dollar).

Dünya bazarında neftin qiymətinin aşağı düşməsi Çində yayılan koronavris (2019-nCoV) ilə əlaqəlidir. “Goldman Sachs” ın qiymətləndirmələrinə görə, “Brent” markalı neftin qiyməti daha 2,9 dollar ucuzlaşa bilər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları