Dünya bazarlarında neftin qiyməti bir qədər artıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:24 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0.68$ yəni, 1.28% artaraq 53.81 $-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.70$, yəni, 1.15% bahalaşaraq 61.79$-a təklif olunub.