28 C
Baku
Saturday, July 27, 2024

Brent markalı neftin qiymətinin 60 dollara qədər artacağı proqnoz edilib

Royal Dutch Shell neft-qaz şirkətinin 27 iyul tarixində nəşr edilmiş materiallarına əsasən, 2019-2021-ci illərdə Brent markalı neftin 1 barrelinin qiyməti 60 dollara çatacaq.

Banker.az xəbər verir ki, şirkətin hesablamalarına görə, 2013-2015-ci illərdə Brent markalı neftin 1 barrelinin orta qiyməti 90 dollar təşkil edirdi. Bununla belə, 2017-ci ilin ikinci rübündə qiymət təqribən 50 dollar idi. Beləliklə, 2021-ci ilə qədər kotirovkalar cari göstəricilər ilə müqayisədə 20% artacaq.

Qeyd edək ki, OPEC təşkilatına üzv ölkələr və müstəqil istehsalçıların neft hasilatını azaltmaq barədə əldə etdikləri razılıq 2018-ci ilin mart ayına qədər qüvvədədir. Neft hasilatının azaldılması ilə bağlı sözügedən bu razılığın mahiyyəti xam məhsul bazarında qiymətləri sabitləşdirməkdən ibarətdir.

Son xəbərlər
Digər xəbərlər