Brent markalı neftin qiyməti $62-ə yaxınlaşıb
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:22 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0.10$ yəni, 0.19% artaraq 53.89$-da qərarlaşıb.
CE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.24$, yəni, 0.39% bahalaşaraq 61.89$-a təklif olunub.