Dünya bazarlarında neftin qiyməti artıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 16:45 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 1.38$ yəni, 2,39 % bahalaşaraq 59.21$-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1.59$, yəni, 2.48% bahalaşaraq 65.75$-a təklif olunub.