6 C
Baku
Sunday, December 15, 2024

Brent nefti 24 saat ərzində $4 bahalaşıb

Dünyanın ən böyük xam neft istehlakçısı olan ABŞ-ı təmin edən əsas boru kəmərinin bağlı qalması və qlobal miqyasda ikinci ən böyük istifadəçi olan Çində COVID məhdudiyyətlərinin yumşaldılmasının tələbi artıracağı gözləntiləri ilə neft qiymətləri ikinci sessiyadır ki, ard-arda qalxır. İki sessiyaya Brent $4-ə yaxın bahalaşıb.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 08:50 radələrində Brent markalı neftin fyuçersləri $1.05 və ya 1.35% artaraq bir bareli 79.04 dollara, ABŞ-ın WTI xam neft fyuçersləri isə $0.95, yaxud 1.30% artaraq 74.12 dollar olub. Yeri gəlmişkən, dünənki sessiya başlayanda WTI-ın bir barreli 70 dollara qədər düşmüşdü.

Albertadan ABŞ-a gündə təxminən 620 000 barel Kanada xam neftini daşıyan “TC Energy Corp”un Keystone Boru Kəmərinin bağlanması tədarükləri gücləndirdi və Oklahoma ştatının Kuşinq şəhərindəki anbar mərkəzində ehtiyatların azalması perspektivini artırdı. Bildiyimiz kimi, Kuşinq həm də WTI xam fyuçers müqaviləsi üçün çatdırılma nöqtəsidir.

ABŞ-ın Kanzas ştatında dekabrın 7-də bildirilən 14 000 barrellik sızıntıdan bəri Keystone bağlı qalıb. “TC Energy Midwest” və Körfəz Sahilindəki neftayırma zavodlarına xam neft daşıyan xəttin yenidən işə salınması üçün vaxt cədvəlini açıqlamayıb, Reuters bununla bağlı bildirir.

Son xəbərlər
Digər xəbərlər