Dünya birjalarında xam neftin qiyməti ötən günə nisbətdə bir qədər bahalaşıb.
Banker.az-ın Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI neftinin qiyməti 1,14$(⇑) bahalaşaraq 33.04$-da qərarlaşıb. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1.07$(⇑) bahalaşaraq 35,10$ təklif olunub.