Dünya bazarlarında neftin qiyməti bir qədər ucuzlaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI neftinin qiyməti 0.06$ yəni 0.14% azalaraq 53.05$-da qərarlaşıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.01$ yəni 0.02% ucuzlaşaraq 55.76$-a təklif olunub.