13 C
Baku
Friday, April 19, 2024

Brent nefti 60$-a qədər yüksələ bilər

“Bank of America corp.”a görə “COVID-19” vaksinin perspektivləri neft qiymətlərini dirildə bilər.

Eləcə də korporasiya analoji olaraq təbii qaz və sənaye metalları gələn il də artmağa davam edəcəyini ehtimal edir.

Dünya ölkələrində “lockdown”larla sərt addımların yumşaldılması ilə yanacağa olan tələbi artırdığından Brent xam neftinin qiymətini 60$/barrel səviyyəsinə qədər yüksəldə bilər.

Hazırda birjalarda Brentin qiyməti 48-49$/barrel diapazoununda yanvar fyuçerslərində ticarət olunur.

“Pfizer”, “BioNTeck” və “ Astra Zeneca” COVID-19 epidemiyasına qarşı hazırladıqları vaksinlərin effektivliyi və artıq dövlət proqramları ilə bir çox ölkələrin əhalisində aparılacağını bildirirlər. Bu isə treyderlər üçün neft bazarına optimist baxışlar yaradır.

“Bank of America corp.” 2020-ci ildə 3 milyon barel artımnan sonra gələn il neft bazarının gündə 1.6 milyon barel kəsirlə üzləşəcəyini gözləyir.

Son xəbərlər
Digər xəbərlər