Dünya bazarlarında Brent neftinin qiyməti 74$-a keçir. Analitiklər bu bahalaşmanın əsasən Səudiyyə Ərəbistanın başçılıq etdiyi OPEC+ ölkələrinin neftin hasilatında qoyduğu kvota ilə bağlıdır.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:50 radələrində, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 44 sent, yəni, 0.60% ucuzlaşaraq 73.92$-a təklif olunub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 37 sent, yəni, 0.54% azalaraq 68.84$-da qərarlaşıb.