21 C
Baku
Monday, May 27, 2024

Brent nefti bahalaşaraq barreli $93-ə çatıb

Çində enerji tələbatının mümkün artımı ilə bağlı nikbinlik azaldığından və bazarda kəskin inflyasiya ilə bağlı narahatlıqlar artdığından, cümə günü neft qiymətləri sabit bir düzəndə hərəkət etdi.

Banker.az xəbər verir ki, Brent markalı neftin fyuçersləri Bakı vaxtı ilə 08:30 radələrində 54 sent, yaxud 0.58% sent dəyər qazanaraq barreli 92.92 dollara satılıb. ABŞ-ın Qərbi Texas (WTI )neftinin fyuçersləri 51 sent, yaxud 0.60% sent bahalaşaraq barreli 85.02 dollara yüksəlib.

Brent həftəlik 1.41% qazanc əldə edib, WTI-ın isə 0.41% bahalaşma nümayiş etdirib.

Filadelfiya Federal Ehtiyat Bankının prezidenti Patrik Harker (Patrick Harker) cümə axşamı bildirib ki, anti-inflyasiya tədbiri üçün ABŞ Federal Ehtiyat Sistemi iqtisadiyyatı yavaşlatmağa çalışır və qısamüddətli faiz dərəcəsini artırmağa davam edəcək. Bu da öz növbəsində növbəti müddətdə güclü dollar və bunun fonunda neftə olan tələbin azalma riskləri mövcuddur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər