Çinin COVID-19 məhdudiyyətlərini yumşaltması və ABŞ-ın öz dövlət ehtiyatları üçün nefti geri almaq qərarı ilə baş verən tələbin bərpası perspektivinin qlobal resessiya qorxuları üzərində üstünlük qazanması ilə neftin qiyməti bazar ertəsinə bahalaşıb.
Banker.az xəbər verir kii, brent markalı neftin fyuçersləri Bakı vaxtı ilə 08.54 radələrinə 74 sent və ya 0,9% artaraq barreli 79.78 dollara, ABŞ-ın Qərbi Texas nefti isə 74 sent və ya 1% artaraq 75.03 dollara satılıb.
Keçən cümə günü ABŞ və Avropa mərkəzi banklarının mümkün resessiya ilə bağlı narahatlıqlara səbəb olan faiz artımı ilə bağlı aydın şəkildə açıqlamalarından sonra hər iki bençmark bir barel üçün 2 dollardan çox ucuzlaşıb.