Londonun ICE birjasında 2026-cı ilin avqust tədarüklü Brent markalı neft fyuçerslərinin qiyməti fevralın 27-dən bəri ilk dəfə bir barel üçün 73 ABŞ dollarından aşağı enib.
Bakı vaxtı ilə saat 05:01-ə olan məlumata görə, Brent markalı neftin qiyməti 1,02% azalaraq bir barel üçün 72,99 dollar olub.
Saat 05:21-ə olan məlumata əsasən isə enmə davam edib. Brent fyuçersləri 1,15% ucuzlaşaraq bir barel üçün 72,89 dollara düşüb.







