Ötən həftənin son günü Texas nefti ilə Brent markalı neftin qiymətlərində fərq 5,51$ olsa da bu gün bu rəqəm 6,15$-a qalxıb.
Saat 8:40/ Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0,39$, yəni, 0,82% bahalaşaraq 47,87$-da qərarlaşıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir k, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,24$, yəni, 0,45% artaraq 54,02$-a təklif olunub.