Həftənin ilk əməliyyat günündə “Brent” markalı neftin barrelinin qiyməti psixoloji hədd sayılan 40 dollardan ucuza satılır. Analitiklərin fikrincə yeni həftədə OPEC və qeyri-OPEC xarici ölkələrin reallaşdırmağı nəzərdə tutduqları görüşlə bağlı qeyri-müəyyənlik neftin qiymətlərinin ucuzlaşmasına təsir edir.
Agentlik xəbər verir ki, hazırda “Brent” neftinin bir barreli Londonun İCE birjasında 39,11 dollara, “Layt” nefti isə Nyu-Yorkun NYMEX birjasında 36,88 dollara satılır.
Bundan başqa ABŞ-dakı neft quyularının sayının azalması, həmçinin İranın gündəlik neft istehsalını 4 milyon barrelə çatdıranadək hasilatı “dondurmaq”la bağlı danışıqlara qoşulmayacağını açıqlaması və Çin iqtisadiyyatındakı proseslər də “qara qızıl”ın qiymətinin aşağı düşməsində əsas faktorlardır.
AzerTag