Dünya birjalarında neftin qiyməti 39-42 dollar/barel aralığında lövbər salıb.
Banker.az Bakı vaxtı ilə 08:20 radələrinə Bloomberg-ə istinadla xəbər verir ki, Amerikanın WTI xam neftinin hər bareli Nyu-York birjasında 39.82 dollara ticarət olunur. Söhbət avqust fyuçerslərindən gedir.
Sentyabr fyuçersləri üzrə London birjasında Brent markalı neftin hər barelinin qiyməti 42.06 dollar olub.