13 C
Baku
Saturday, November 23, 2024

Brent neftinin bir barelinin qiyməti $94-ü keçib

Neft qiymətləri bazar ertəsi üçüncü dəfə artıb. Bu, Səudiyyə Ərəbistanı və Rusiyanın ixtisarı uzadmasından sonra dördüncü rübdə genişlənən tədarük kəsiri ilə bağlı proqnozlar və dünyanın əsas xam neft idxalçısı olan Çində tələbin bərpası ilə bağlı nikbin xəbərlər fonunda dəstəklənib.

Banker.az xəbər verir ki, Brent markalı neftin fyuçersləri 43 sent və ya 0.46% artaraq bir barel üçün 94.36 dollara, ABŞ-ın Qərbi Texas neftinin fyuçersləri isə 53 sent və ya 0.6% artaraq 91.30 dollara çatıb.

Hazırda analitiklərə görə, Çinin stimullaşdırıcı siyasəti, davamlı ABŞ iqtisadi məlumatları və OPEC-in davam edən hasilatın azaldılması neft bazarının yüksəlişini dəstəkləyən yüksəliş amilləridir.

Qeyd edək ki, ötən həftənin əvvəli Brentin bir barelinin qiyməti 90.64 dollar idi və bahalaşaraq həftəni 93.93 dollar/barellə bitirdi. Sentyabrın ilk həftəsində isə brentin bir bareli 89.00 dollar təşkil edirdi.

Son xəbərlər
Digər xəbərlər