Brent neftinin qiyməti $64-ə çatdı

0

Dünya birjalarında neftin qiyməti artım müşahidə edilir.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 8:30 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0.26$ yəni, 0.48% artaraq 54.16$-da qərarlaşıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.37$, yəni, 0.58% bahalaşaraq 63.98$-a təklif olunub.