Londonun ICE birjasında sentyabr tədarüklü Brent markalı neft fyuçersinin qiyməti 2026-cı il 26 maydan bəri ilk dəfə bir barel üçün 100 dolları ötüb. Bunu ticarət platformasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 17:13-ə olan məlumata görə, Brent neftinin qiyməti 6,39% artaraq 100,08 dollar/barel səviyyəsinə yüksəlib.
Saat 17:15-də artım sürətlənib və fyuçerslər 100,28 dollar/barel (+6,6%) səviyyəsində ticarət olunub.
Saat 17:18-ə olan məlumata əsasən isə Brent yenidən 100 dollar həddindən aşağı enərək 99,61 dollar/barel (+5,89%) səviyyəsində ticarət edilib.







